Demçenko və Eldar Quliyevi Polşada peşman elədilər
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları davam edir.
Msport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenkonun çalışdırdığı Gürcüstanın”İberiya” klubu səfərdə “Yagelloniya” ilə qarşılaşıb.
Oyun Polşa klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Xesus İmaz (penaltidən), Jeremi Aqbonifo və Serxio Lozano fərqlənib. 3-cü qolu Alhassan öz qapısından keçirib.
“İberiya”nın heyətində “Zirə”nin sabiq futbolçusu əslən azərbaycanlı Eldar Quliyev 80-ci dəqiqədə meydana daxil olub.







