featured-image-15170

“Real”ın sabiq baş məşqçisi, Fransa futbolunun əfsanəsi Zinəddin Zidan Kərim Benzema barədə danışıb.

Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Zizu “Qızıl Top”un mükafatlandırma mərasimindən sonra açıqlama verib:

“Mən demək olar ki, Benzemanın böyük qardaşıyam. Biz bir-birimizi belə adlandırırıq: böyük qardaş, kiçik qardaş. Biz çox oxşarıq: O, Liondandır, mən Marseldən. Həm də bizi birləşdirən odur ki, ikimiz də çətinliklərdən keçmişik. Şəhərətrafında yaşayan futbolçu olmağı arzulayan sadə uşaqlar idik. Buna gərgin əmək sayəsində nail olmuşuq. Bizim doğrudan oxşar cəhətlərimiz çoxdur: ailələrimizin əsli-kökü Əlcəzairdə qonşu kəndlərdə yaşayıb.

“Real”ın baş məşqçisi olanda Kərimlə işləməkdən zövq alırdım. Ona məsləhətlər verirdim, lakin onda artıq çox yaxşı idi. Daha doğrusu, bəzi xırda detalları onun nəzərinə çatdırırdım. Benzemanın topa necə nəzarət etməsindən həzz alıram. Onun oyununu izləmək xoşdur. Vaxt var idi, biz bir yerdə oynamaq istəyirdik. Mən onu çox qol vurmağa məcbur edərdim. Təəssüf ki, bu alınmadı. Lakin məşqçi olduqdan sonra bütün bunları kompensasiya edə bildik”.

Bənzər xəbərlər