Deni Qaysumov: “Neftçi”yə keçsə, sevinərəm
“Məndə belə hiss var ki, bunlar Çesnokovun menecerinin oyunlarıdır”.
Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Deni Qaysumov qazaxıstanlı yarımmüdafiəçisi İslam Çesnakovun adının “Neftçi” ilə birgə hallanmasına münasibət bildirərkən deyib.
Futbolçu karyerasında Qazaxıstanda “Atırau” klubunun formasını geyinmiş Qaysumov “Tobol”un 25 yaşlı vingerinin Azərbaycanda uğurlu olacağını düşünür: “Neftçi”yə keçsə, sevinərəm. Karyerasını harada davam etdirəcəyinə İslamın özünün şüurlu şəkildə qərar verməsi vacibdir. Azərbaycan mentalitet və bir çox digər amillər baxımından da yaxın olacaq. İstənilən halda, futbolçu qalib gəlməlidir”.
Qeyd edək ki, “Tobol”la müqaviləsi bu ilin sonlarına qədər olan İslam Çesnakov “Neftçi” ilə yanaşı, başqa klubların da maraq dairəsindədir.