Depay Braziliya klubunda qalır
Braziliyanın “Korintians” klubu Memfis Depayla müqaviləni uzatmağa hazırlaşır.
Msport.az xəbər verir ki, tərəflər 32 yaşlı niderlandlı vingerlə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Depay 2024-cü ildən “Korintians”da çıxış edir. O, klubun heyətində 78 oyunda 20 qol vurub, 15 məhsuldar ötürmə edib.







