Depay Braziliya klubundan ayrıldı
“Korintians” sosial media səhifəsində 32 yaşlı hücumçu Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəldiyini açıqlayıb.
Msport.az xəbər verir ki, Depay 2024-cü ilin sentyabrından bəri “Korintians”da çıxış edir.
“Korintians” oyunçu Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib. Bu qərar yalnız klubumuzun maliyyə vəziyyəti ilə əlaqədar olaraq qəbul edilib ki, bu da mövcud resurslarımızın idarə olunmasında ciddi balans və məsuliyyət tələb edir”, – deyə komandanın açıqlamasında bildirilib.
Bu müddət ərzində hücumçu bütün yarışlarda 79 oyunda meydana çıxıb, 20 qol vurub və 15 məhsuldar ötürmə edib.







