featured-image-5771

Memfis Depay Niderland millisinin heyətində 42-ci qolunu vurub.

Msport.az xəbər verir ki, hücumçu Millətlər Liqasının 4–cü turu çərçivəsində keçirilən Niderland – Uels oyununda (4:2) fərqlənib. Depay bu matçdan sonra milli komandanın tarixində ən çox qol vuran 2-ci futbolçu olub. “Barselona”nın forvardı yığmadakı qolların sayına görə Klas Yan Xuntelara çatıb.

Millidə ən çox fərqlənən oyunçu isə Robi Van Persidir. O, “narıncılar”ın heyətində rəqib qapıçılarını 50 dəfə məyus edib.

Bənzər xəbərlər