Deşam ərəblərə “yox” dedi
Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib.
Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis klubla danışıqlar aparsa da, tərəflər anlaşa bilməyiblər.
Təyinatın baş tutmamasına əsas səbəb Səudiyyə Ərəbistanı futbolunda qərarların qəbul edilməsi prosesindəki xüsusiyyətlər və yekun sözün ölkənin Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olmasıdır.
Qeyd edək ki, Didye Deşam 14 illik fəaliyyətdən sonra, DÇ-2026-nın ardından Fransa millisindən ayrılıb. O, karyerası ərzində ölkəsində “Marsel”, “Monako”, İtaliyada “Yuventus” klublarını çalışdırıb.







