featured-image-78085

Fransa millisinin baş məşqçisi Didye Deşam “Skuadra Adzurra”ya potensial təyinatı ilə bağlı sualı cavablandırıb.

Msport.az xəbər verir ki, 57 yaşlı məşqçi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Fransa millisindən ayrılacağını açıqlamışdı.

“Tezliklə sərbəst olacağam, bunu hamı bilir. Heç nəyi istisna etmirəm. Hazırda planlarımda bu yoxdur. Görək sonra nə olacaq”, – deyə Deşamdan sitat gətirilib.

Fransalı məşqçi 2012-ci ilin yayından bəri milli komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında Fransa 2018-ci il dünya çempionu olub və DÇ-2022-nin finalına çıxaraq orada Argentinaya məğlub olub.

Bənzər xəbərlər