featured-image-81703

Argentinanın “Rosario Sentral” klubunun hücumçusu Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin “Korintians”a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını başa vurmaq istədiyini bəyan edib.

Msport.az xəbər verir ki, təcrübəli forvard ağır günlər yaşandığını, arzularının və davam etmək niyyətinin fərqli olduğunu, indi isə gələcəkdə nə edəcəyini anlamalı olduğunu vurğulayıb.

38 yaşlı futbolçu ötən ilin yayından çıxış etdiyi “Rosario Sentral” ilə müqavilənin müddətini bu yaxınlarda daha 1 il uzadıb.

Qeyd edək ki, Anxel Di Mariya daha əvvəl Portuqaliyanın “Benfika”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real” klublarının şərəfini qoruyub.

Bənzər xəbərlər