featured-image-79541

“Mançester Siti”nin müdafiəçisi Ruben Dias İspaniyaya yollanmağa hazırlaşır.

Msport.az xəbər verir ki, “Real” portuqaliyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Dias Madrid klubuna keçməyə razılıq verib. Lakin “Mançester Siti” müdafiəçi ilə yollarını ayırmağa hazır deyil və onu saxlamaq istəyir.

Hazırda tərəflər arasında danışıqlar gedir. 29 yaşlı futbolçunun “Mançester Siti” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-a qədərdir.

Bənzər xəbərlər