featured-image-77560

“Boka Xuniors” səs-küylü transferə hazırlaşır.

Msport.az xəbər verir ki, “Roma”nın hücumçusu Paulo Dibala ilə Argentina təmsilçisi arasında artıq şifahi razılıq əldə olunub.

32 yaşlı hücumçunun bu yay azad agent statusu ilə komandaya qoşulacağı gözlənilir. Uzun illər İtaliya A Seriyasında çıxış edən ulduz futbolçunun yenidən vətəninə qayıtmaq qərarı azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Paulo Dibala karyerası ərzində “Palermo” və “Yuventus” kimi klubların da formasını geyinib.

Bənzər xəbərlər