featured-image-78254

“Roma”nın hücumçusu Paulo Dibala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, argentinalı futbolçu “Roma” ilə müqavilənin uzadılmasına dair danışıqlar aparmasına baxmayaraq, bu yay Premyer Liqaya keçməyə hazırdır.

“Roma” isə oyunçunu öz heyətində saxlamağa əmindir və yeni müqavilənin imzalanacağını gözləyir. Bununla belə, Dibala həmişə İngiltərədə oynamaq arzusunda olub və klubla razılıq əldə olunmazsa, bu yay azad agent olacaq.

Bu mövsüm hücumçu “Roma”da bütün yarışlarda 26 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.

Bənzər xəbərlər