featured-image-77914

“Roma”nın argentinalı hücumçusu Paulu Dibala gələcək karyerası ilə bağlı açıqlama verib.

Msport.az Sky Sports-a istinadən xəbər verir ki, forvard diz oynağının iltihabı səbəbindən yanvarın 25-dən bu yana oynamır:

“Müqaviləmdə göstərilib ki, növbəti oyun “Roma”da son matçım olacaq. Müqaviləm iyunda başa çatır. Müqavilə ilə bağlı “Roma”dan heç kim mənimlə əlaqə saxlamayıb”.

32 yaşlı futbolçu bir aydan çox müalicə olunsa da, bu heç bir fayda verməyib.

O, bu mövsüm 21 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bir müddət əvvəl Dibalanın yayda “Boka Xuniors”a keçəcəyi ilə bağlı xəbər yayılıb.

Bənzər xəbərlər