featured-image-559

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Paulo Dibalanın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, Turin klubunun çalışdırıcısı argentinalı futbolçunun gələn mövsüm komandada qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb:

“Bilmirəm, Dibala gələn mövsüm “Yuve”də oynayacaqmı. Bu klubdan, həmçinin mənimlə direktorlar şurasından asılı olan məsələdir. Bizdə iyunda müqaviləsi başa çatanlardan Kuadrado, Bernarderski, De Şilyo var. Yəni təkcə Dibala deyil”.

Argentinalı forvard cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlərdə 28 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Dibala 2015-ci ildən Turin təmsilçisində çıxış edir.

Bənzər xəbərlər