Didye Deşam: "Mbappe ilə çox danışığımız oldu"
Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan komandası ilə oyunda (3:0) zədələnməsindən danışıb.
Msport.az xəbər verir ki, “Real”ın futbolçusu artıq zədə səbəbindən klubun düşərgəsinə qayıdıb:
“Onu daha az oynatmalı idim? Biz hər zaman özümüzə bu sualı verə bilərik, amma mənim Kilianla çox danışığım oldu. Həftə ərzində: oyundan əvvəl, fasilədə, ikinci hissədə… Biz sığortalanmamışıq. Onun ciddi ağrıları yox idi, yüngül diskomfortu var idi. Futbolda kontakt var və təəssüf ki, bizim zədəlilərimiz ola bilər”.