"Dinamo Zaqreb"in baş məşqçisi mətbuat konfransına qatılmadı - Təhlükəsizliyə görə
“Dinamo Zaqreb”in baş məşqçisi Jelko Kopiç səfərdə “Hayduk”a 0:1 hesabı ilə uduzduqları oyunundan sonra mətbuat konfransında iştirak etməyib.
Msport.az xəbər verir ki, bu barədə meydan sahibləri qarşılaşmadan əvvəl məlumatlandırılıb.
Kopiç yalnız yayımçı telekanala açıqlama verdikdən sonra avtobusa minib. 45 yaşlı mütəxəssis “Polyud” stadionu ətrafına “Hayduk” azarkeşlərinin toplaşacağını əsas gətirərək, arenanın ərazisini təhlükəsiz şəraitdə tərk etmək istədiyini bildirib.
Qeyd edək ki, bu mövsüm Splitdəki ilk derbi öncəsi “Dinamo”nun avtobusu daşa tutulmuşdu.