featured-image-65752

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçiriləcək.

Msport.az xəbər  verrir ki,  ki, həlledici görüşdə çempion  “Qarabağ”  “Sabah”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda  keçiriləcək görüş 19:00-da başlayacaq. Oyunu İnqilab Məmmədov idarə edəcək.

“Qarabağ” qalib gələrsə, mövsümü “qızıl dubl”la başa vuracaq.  “Sabah” isə indiyədək bu titula sahib çıxa bilməyib.

Azərbaycan kuboku

FİNAL

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bənzər xəbərlər