Donald Tramp: "Dünya çempionatı yenidən ABŞ-də keçirilsin"
ABŞ prezidenti Donald Tramp təklif edib ki, ölkələrində daha bir dünya çempionatı keçirilsin.
Msport.az xəbər verir ki, 2030-cu ildə mundiala İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Uruqvay, Argentina və Paraqvay isə açılış turunun bir oyununu qəbul edəcəklər. 2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında olacaq.
Tramp FİFA prezidenti Canni İnfantino ilə Nyu Yorkda keçirilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib:
“Biz nə etməliyik, yenidən ABŞ-ni seçməliyik. Amma bu dəfə Meksika və Kanada olmadan. Daha bir ideya var, Canni dedi ki, növbəti turnirlərdən birini Çin və ABŞ qəbul edə bilər. Futbolçular oyunlar arasında xoş, qısa uçuşlar edərdilər. Futbolçuların bu çox xoşuna gələrdi”.







