Droqba prezidentliyə namizəd oldu
Didye Droqba Kot d İvuar Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.
Msport.az xəbər verir ki, bu barədə qurumun hazırkı rəhbəri Mariam Dao Qabala “Africa News”a açıqlamasında bildirib.
O, 44 yaşlı ötənlərin məşhur hücumçusundan başqa daha 5 nəfərin namizədliyinin qeydə alındığını söyləyib. Qabala növbəti seçkidə namizəd olmayıb.
Seçkilər aprelin 23-də keçiriləcək. Droqba bununla əlaqədar nikbindir:
“İnanın ki, seçilsəm, Kot d İvuar futbolunu canlandıracağam”.
Qeyd edək ki, Droqba yerli klublardan dəstək almadığı üçün seçkilərdə favorit hesab edilmir. O, karyerası ərzində “Marsel”, “Çelsi”, “Qalatasaray” kimi klubların formasını geyinib.