Dünya çempionatı: Millimiz yarımfinalda
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.
Msport.az xəbər verir ki, yığma 1/4 finalda Bolqarıstana qalib gəlib.
Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqibi üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.
Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Bu görüş noyabrın 3-də baş tutacaq.
———————
Minifutbol üzrə Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatında növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, milli 1/4 final mərhələsində Bolqarıstanı sınağa çəkəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Elşad Quliyevin baş məşqçi olduğu kollektiv əvvəlki raundda Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlubiyyətə uğradıb.