Dünya çempionatında seks qadağası
Qətərdə keçiriləcək dünya çempionatı zamanı rəsmi nigahda olmayan futbolçular, fanatlar və işçilərin sekslə məşğul olması qadağan olunacaq. Msport.az xəbər verir ki, “Daily Star” bu barədə məlumat yayıb. Mənbənin sözlərinə görə, ilk dəfə mundiallar tarixində belə qadağa tətbiq ediləcək.
Qaydaların pozulması 7 illik həbsə gətirib çıxara bilər.
Qətərdə insan hüquqlarının pozulması, korrupsiya ilə bağlı qalmaqallara baxmayaraq, FİFA 2010-cu ildə DÇ-2022-ni bu ölkəyə həvalə etdi.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərin 5 şəhərində keçiriləcək.