featured-image-2958

Braziliya millisinin hücumçusu Neymar bu il Qətərdə keçiriləcək dünya çempionatı barədə danışıb. Msport.az Goal”a istinadən xəbər verir ki, PSJ-nin forvardı ili titulla başa vurmaq istədiyini deyib:

“Bu mövsüm PSJ ilə Çempionlar Liqasını qazanmaq istəyirdim. Təəssüf ki, bu, baş tutmadı.

İndi mən 2022-ci ildə dünya çempionu titulunu qazanmaq arzusundayam. Hər şey yaxşı keçsin deyə, bu yarışa həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşıram. Bu qələbəyə görə həyatımı verərəm. İki dəfə mundialda oynamışam və bilirəm, bu, nə deməkdir. Əgər sən hazır deyilsənsə, qazanmaq imkanın yoxdur. Odur ki, bu şansın əldən çıxmasına imkan vermərəm.

Bənzər xəbərlər