Dünya çempionatlarında 24 illik rekord qırıldı
İsveçrə millisinin futbolçusu Joan Manzambi dünya çempionatlarının tarixinə düşüb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi buna DÇ-2026-nın B qrupunun II turunda Bosniya və Herseqovinanı məğlub etdikləri matçda nail olub.
O, mundiallarda əvəzetmədən meydana çıxaraq dubl edən ən gənc oyunçu olub. J.Manzambi bunu 20 yaş 247 günündə bacarıb. Əvvəlki rekord DÇ-2002-də Sloveniyaya qarşı görüşdə iki dəfə fərqlənən paraqvaylı Nelson Kuevasaya (22 yaş 153) məxsus idi.
Qeyd edək ki, İsveçrə Bosniya və Herseqovinanı 4:1 hesabı ilə üstələyib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.







