Dünya çempionu 29 yaşında öldü
Atletika üzrə dünya çempionu Şon Barber vəfat edib.
Msport.az KİV-lərə istinadən xəbər verir ki, şüvüllə tullanma növündə çıxış etmiş atlet 29 yaşında dünyasını dəyişib.
İdmançının agenti Pol Doyl da sosial şəbəkə hesabında bu xəbəri təsdiqləyib. Ölümün səbəbi açıqlanmasa da, son vaxtlar kanadalının səhhətində bəzi problemlərin olduğu bildirilib.
Şon Barber 2016-cı ildə qanında kokain aşkarlanmasına baxmayaraq, Rio Yay Olimpiya Oyunlarında iştirak edib. Həkimlər həmin vaxt qadağan olunmuş maddənin onun bədəninə xəbəri olmadan daxil olduğunu vurğulayıblar.
Qeyd edək ki, Şon Barber 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 5,9 metr göstərici ilə qızıl medal qazanıb. O, həmin il Torontoda təşkil edilmiş Panamerika Oyunlarının qalibi də olub. Atlet həmçinin şüvüllə tullanma üzrə Kanada rekordunun (6 metr) sahibidir.