Dünya çempionu Argentina klubu ilə müqavilə imzaladı -RƏSMİ
Argentina millisinin heyətində dünya çempionu olmuş Nikolas Otamendi karyerasını vətənində davam etdirəcək.
Msport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi “River Pleyt”lə müqavilə bağlayıb.
Təcrübəli futbolçu mövsüm başa çatdıqdan sonra “Benfika”dan ayrılaraq azad agent olub. O, “River Pleyt”lə 2027-ci ilin dekabrına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Otamendi 2020-ci ildən “Benfika”dan çıxış edirdi. O, Portuqaliya klubunda 281 oyun keçirib.
Otamendi yeni klubuna dünya çempionatı başa çatdıqdan sonra qoşulacaq. Müdafiəçi Argentina millisinin heyətində DÇ-2026-da çıxış edəcək.







