"Dünya çempionu olmağa köklənmişəm" - Kərim Benzema
“Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema qarşısına qoyduğu hədəflərdən danışıb.
Msport.az “Onze Mondial”a istinadən xəbər verir ki, 34 yaşlı forvard hələ də böyük məqsədlərinin olduğunu deyib:
“Mənim çoxlu planlarım var. Titullar qazanmaq istəyirəm, Çempionlar Liqasında bir və ya bir neçə dəfə qalib gəlmək arzusundayam. Milli komanda ilə isə əlbəttə ki, dünya çempionu olmaq istəyirəm.
Dünya çempionatında kuboku başım üzərinə qaldırmaq arzularımın gerçəkləşməsi olardı. Milli ilə kubok qazanmaq inanılmaz hissdir. Odur ki, bu titulu qazanmağa köklənmişəm. Bu, yığma komanda ilə əldə olunası ən böyük nailiyyətdir. Əlimizdən gələni edəcəyik ki, buna nail olaq”.
Xatırladaq ki, Fransa DÇ-2018-də çempion olarkən Benzema heyətdə yox idi. O, “Real”la Çempionlar Liqasını 5 dəfə qazanıb.