Dünya çempionu “Real”ı arzulayır
“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Madrid “Real”ına keçməkdə maraqlıdır.
Msport.az xəbər verir ki, Rodri “Mançester Siti” ilə 2027-ci ilin yayında başa çatacaq müqavilə müddətini uzatmaqdan imtina edir.
30 yaşlı futbolçu İspaniyaya qayıtmaq və “Real”da çıxış etmək istəyir. İspaniyalı 2019-cu ildən Mançesterdə oynayır, komandanın heyətində bütün turnirlərdə 298 matç keçirib, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.
Bazar günü İspaniya millisi dünya çempionatının finalında Argentina komandasına 1:0 hesabı ilə qalib gəlib, Rodri isə turnirin ən yaxşı oyunçusu olub.







