Dünyanın ən bahalı milli komandaları açıqlandı
Dünyanın ən dəyərli milli komandalarının adları açıqlanıb. Msport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində qarşılaşacağı Fransa heyətinə görə, ən bahalı komanda hesab olunur.
Didye Deşamın rəhbərlik etdiyi kollektivin bazar dəyəri 1 milyar 90 milyon avrodur.
İkinci sırada 1 milyar 10 milyon avro ilə İngiltərə yığması gedir. 3-cü pillədə olan İspaniyanın dəyəri 966 milyon avrodur.
Ötən il 14-cü yerdə olan Türkiyə bu dəfə 12-ci sıraya yüksəlib. “Ay-ulduzlular”ın dəyəri 430 milyon avrodur.