featured-image-70998

“Fiorentina”nın hücumçus 39 yaşlı Edin Dzeko UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun Avstriyanın “Rapid” komandasına qarşı keçirilən matçında fərqləndikdən sonra turnirin qol vuran ən yaşlı oyunçusu olub.

Msport.az xəbər verir ki, bosniyalı hücumçu tarixi qolu 48-ci dəqiqədə vurub. “Fiorentina” matçda 3:0 hesabı ilə qələbə qazanıb.

Dzeko İtaliya klubuna ötən yay qoşulub. Hücumçu bu müddət ərzində bütün yarışlarda 10 oyunda meydana çıxıb və 2 qol vurub.

Bənzər xəbərlər