Dzyuba İstanbula getdi - "Fənər"lə danışıq üçün
Rusiya millisinin hücumçusu Artyom Dzyuba “Fənərbaxça” ilə danışıqlar aparma üçün İstanbula gedib.
Msport.az “Goal.com”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu illik 2 milyon avro maaş istəyir. “Fənər” isə bu məbləği bir qədər aşağı salmağı düşünür. Tərəflər danışıqları davam etdirirlər.
Bu arada Türkiyənin daha iki klubunun – “Konyaspor” və “Qalatasaray”ın da “Zenit”in sabiq oyunçusu ilə maraqlanması barədə xəbər yayılıb.
Xatırladaq ki, Dzyuba mayın sonunda “Zenit”dən ayrılmaq barədə qərar verdi. O, bu mövsüm Rusiya çempionatında 28 oyunda 11 qol vurub.