Dzyuba “Zenit”dən ayrıldı
Artyom Dzyuba “Zenit”dən ayrılıb. Msport.az Sankt-Peterburq klubunun rəsmi saytına istonadən xədbər verir ki, hücumçu müqaviləsini uzatmaqdan imtina edib.
33 yaşlı forvard 2015-ci ildən “Zenit”də çıxış edirdi. O, yeddi il ərzində Piter təmsilçisində 249 oyunda 108 qol vurub və 71 məhsuldar ötürmə verib. Dzyuba “Zenit”də dörd dəfə Rusiya Premyer Liqasını, 2 dəfə ölkə kubokunu və dörd dəfə Superkuboku qazanıb.
Rusiya çempionatları tarixinin ən yaxşı bombardiri olan hücumçuya “Srvena Zvezda” və “Fənərbaxça”nın maraq göstərdiyi deyilir.