Eddi Hau “Nyukasl”dan gedir
“Nyukasl” baş məşqçisi Eddi Hau ilə yollarını ayırmağa hazırlaşır.
Msport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis rəhbərliyə işinə fasilə vermək istədiyini bildirib və son 5 ildə çalışdırdığı komandadan ayrılmaq qərarı verib.
İngiltərə klubu artıq yeni baş məşqçi ilə bağlı seçim edib. “Nyukasl”ın əsas namizədi hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdıran 38 yaşlı alman mütəxəssis Matias Yayssledir. Tərəflər arasında danışıqlar yekun mərhələdədir və razılaşmanın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Hau “Nyukasl”la 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda ötən mövsümü Premyer Liqada 12-ci pillədə başa vurub.







