featured-image-3485

“Eden Azar yəqin ki, gələn mövsüm “Real”da qalacaq. Mən Azar haqqında danışmamışam, çünki onun planı kifayət qədər aydındır”.

Msport.az xəbər verir ki, bu fikirləri Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti klubun rəsmi saytına açıqlamasında deyib:

“Fikirləşirəm ki, son illər onun üçün yaxşı keçməyib deyə böyük motivasiyası var. Azar öz səviyyəsini nümayiş etdirməlidir. Gələn mövsüm daha çox oynamaq imkanı qazanacaq. Onun bəlli səviyyəsi var. Bu il heyətdə rotasiya az oldu. Amma gələn mövsüm yəqin ki, fərqli olacaq”.

Belçika millisinin üzvü bu mövsüm La Liqada 17 oyunda 1 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər