featured-image-77876

“Fənərbağça”nın braziliyalı qapıçısı Ederson Moraes komandasından ayrılmaq istəyir.

Msport.az xəbər verir ki, oyunçu İstanbul klubundakı mövqeyindən narazıdır və Türkiyə liqası da maraqsız olub.

Qapıçı dünya çempionatından sonra “Fənərbağça”dan ayrılmağı düşünür, lakin braziliyalı futbolçunun yüksək maaşı Edersonun potensial yeni klubu üçün maneə ola bilər. Moraesin klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir və ona ildə təxminən 12 milyon avro qazandırır.

Bu mövsüm 36 matçda Ederson 13 dəfə qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər