featured-image-71315

“Şamaxı”nın yarımmüdafiəçisi Edqar Adilxanov təxminən 2 aylıq fasilədən sonra yaşıl meydana qayıdıb.

Msport.az xəbər verir ki, 20 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”la səfər oyununda (1:2) şans əldə edib. Ayxan Abbasov onu 88-ci dəqiqədə meydana buraxıb.

Xatırladaq ki, Adilxanov U-21 millimizin heyətində sentyabrın 5-də Portuqaliya ilə səfər matçında (0:5) zədələnmişdi.

Gənc futbolçu bu səbəbdən “Şamaxı”nın 6 oyununu buraxmışdı.

Bənzər xəbərlər