Efiopiya komandası İsveçdə itkin düşdü
İsveçdə keçirilən beynəlxalq yeniyetmələr arasında “Gothia Cup” futbol turniri zamanı Efiopiyadan olan komandalardan birinin 20 üzvü itkin düşüb.
Msport.az xəbər verir ki, bu il turnirdə 77 ölkədən komandalar iştirak edib.
Efiopiya isə yarışda 4 komanda ilə təmsil olunub. İsveç polisi itkin düşən şəxslərin qanunsuz miqrasiya məqsədilə könüllü şəkildə yoxa çıxdıqlarını ehtimal edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, turnirin final günü futbolçuların və onları müşayiət edən şəxslərin qaldığı məktəbin əməkdaşları bütün qrupun yaşayış yerini tərk etdiyini aşkar ediblər.
Yarışın təşkilatçıları dərhal polisə müraciət ediblər. Turnirin başa çatmasından 10 gün keçməsinə baxmayaraq, itkin düşən 20 nəfərin harada olduğu hələ də məlum deyil.







