Əfsanəvi futbolçu Azərbaycandan təklif alıb
Çili futbolunun canlı əfsanəsi İvan Samorano Azərbaycandan məşqçilik təklifi alıb.
Msport.az xəbər verir ki, bu barədə 56 yaşlı mütəxəssis özü açıqlama verib.
Veteran hücumçu bildirib ki, Azərbaycanla yanaşı, Çin və Mərkəzi Amerika ölkələrindən də ona dəvət gəlib.
Lakin Samorano həmin təklifləri qəbul etmədiyini bildirib. Bir vaxtların məşhur futbolçusu qərarının səbəbini açıqlamayıb.