featured-image-78119

İrlandiyalı futbolçu Şeymus Koulman mövsümün sonunda “Everton”dan ayrılacaq.

Msport.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Komandanın əfsanəvi oyunçularından və kapitanlarından biri olan 37 yaşlı müdafiəçi klubdakı 17 illik karyerasını bitirdiyini açıqlayıb.

Onun “Everton”da məşqçiliyə başlayacağı və ya başqa komandaya keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2009-cu ildən İngiltərə Premyer Liqası təmsilçisində çıxış edən oyunçu 372 matça çıxıb. Bu da klub üçün rekorddur.

Bənzər xəbərlər