featured-image-2580

“Mançester Yunayted”in sabiq futbolçusu Dimitar Berbatov Kriştiano Ronaldonun müdafiəsinə qalxıb.

Msport.az xəbər verir ki, bolqarıstanlı hücumçu bildirib ki, “M.Y” bu mövsüm İngiltərə Premyer Liqasında Top-4-də düşə bilməsə, bunda portuqaliyalı ulduzun günahı olmayacaq:

“Ronaldo bu yaşa görə əla formadadır – onun oyunu, vurduğu qollar… 37 yaşda Premyer Liqada bu qədər qol vurmaq inanılmaz göstəricidir.

O, nə lazımdır, onu da edir, qollar vurur.

İndi Ronaldonun oyunu əvvəlki illərdən fərqlənir. Amma bir şey dəyişməz qalır – vurduğu qollar.

Əgər “Mançester Yunayted”dən getmək istəsə, onu günahlandıra bilmərik. Hər il Çempionlar Liqasında oynamağa öyrəşmisinizsə, sonra birdən alınmırsa, bunu qəbul etmək çətindir”.

Bənzər xəbərlər