featured-image-1736

“Qəbələ”nin ukraynalı sabiq qapıçısı Dmitri Bezotosnı Avropa Liqası oyununda geyindiyi formanı hərraca çıxarıb.

Msport.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkədə paylaşım edib. O, satışdan gələcək gəliri Ukrayna Silahlı Qüvvələrinə və könüllülərə xərcləyəcəyini deyib.

Bezotosnın qapısını qoruduğu “Çernomorets” 2013/2014-cü illər mövsümündə Avropa Liqasının B qrupunda PSV, “Dinamo Zaqreb” kimi komandaları geridə qoyaraq “Ludoqorets”dən sonra 2-ci yeri tutmuşdu.  Odessa klubu 1/16 final mərhələsində “Lion”a iki oyunun nəticəsinə görə uduzmuşdu – 0:0, 0:1.

Ukraynalı qolkiper 2015-2019-cu illərdə “Qəbələ”nin formasını geyinib. O, 2019-cu ildə Azərbaycan kubokunun sahibi olub.

Bənzər xəbərlər