“Əl-Hilal” “Atletiko”ya rəqib oldu
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş uğrunda mübarizəyə qoşulub.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 30 yaşlı oyunçuya ildə 20 milyon ilə 23 milyon avro arasında maaş təklif etməyə hazırdır.
“Əl-Hilal”ın əsas rəqibi “Atletiko” hesab olunur. Lakin İspaniya klubu “Mançester Siti” tələb olunan qiyməti aşağı salmasa və ya almaq hüququ ilə icarəyə razılaşmasa, danışıqlar aparmaq niyyətində deyil. Bir neçə MLS klubu da Qrilişlə maraqlanır.
İngilis yarımmüdafiəçisi ötən mövsüm “Everton”da icarə əsasında oynayıb. 22 matçda iki qol vurub və altı məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 20 milyon avrodur.







