featured-image-70525

Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Somalini 3:0 hesabı ilə məğlub edib. Msport.az xəbər verir ki, şimali afrikalılar bu qələbədən sonra dünya çempionatına vəsiqəni rəsmiləşdiriblər.

Oyunda hesabı 6-cı dəqiqədə “Volfsburq”un hücumçusu Muhammed Amur açıb. 19-cu dəqiqədə “Əl Əhli”də çıxış edən Riyad Marez hesab fərqini artırıb. İkinci hissədə Amur dubl edərək, oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, daha əvvəl Afrikadan Tunis, Mərakeş və Misir yığmaları DÇ-2026-ya vəsiqə qazanıblar.

Bənzər xəbərlər