featured-image-66464

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

Əlcəzair millisinin oyunçusu yeni komandasında 80 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 30 yaşlı sağ cinah müdafiəçisi karyerası ərzində Fransanın “İstr” (2014-2015), “Lans” (2016-2017), “Sen-Remuaz” (2017-2018), “Marinyan” (2018-2019), “Klermon” (2019-2022), “Lill” (2022-2025), “Oser” (2022-2023), İspaniyanın “Saraqosa” (2024) və Polşanın “Pyast” (2025) klublarında oynayıb.

Bənzər xəbərlər