featured-image-80032

“Sabah” UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb. Paytaxt klubu Uelsin TNS klubunu 2:0 hesabı iıə məğlub edib.  ilə üz-üzə gəlib.

Msport.az  xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçı dəyərləndirib:

-Oyunçularımı təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bilirdik. Futbolçularıma  deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha səbirli olmalısan. Çox məmnunam. Amma hələ heç nə demək deyil. Bizi çətin səyahət gözləyir. Süni meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməsə də, onu əvəzləyəcək kifayət qədər oyunçularımız var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq”.

– Solvetin qırmızı vərəqə alması cavab oyununda sizə nə dərəcədə çətinlik yaradacaq?

– Görəcəyik. Ötən mövsüm bəzi oyunlarımızda Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli futbolçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.

– Daha böyük hesablı qələbə qazanmaq şansınız var idi. 2:0 hesabı cavab görüş öncəsi nə dərəcədə risklidir?

– Daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bugünkünkündən fərqli cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır.

– Stiv Solvetə göstərilən qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməyi planlaşdırırsız?

– Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət edilir. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider işi ilə məşğul olmalıdır.

– Bir həftə ərzində yeni transferlər baş tuta bilər?

–  Bu barədə danışmaq erkəndir. Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını görəcəyimiz tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik.

– Rəqib baş məşqçi daha çox uzun yoldan şikayətləndi. Siz də səfər görüşü üçün uzun yol qət edəcəksiz. Bu nə dərəcədə problem yaradacaq?

– Onlar necə bura gəlibsə, biz də uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın.

Bənzər xəbərlər