featured-image-3027

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Tottenhem”lə bərabərliyi (1:1) şərh edib.

Msport.az BT Sport-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasından razı qaldığını söyləyib:

“Komandamın çıxışdan çox razıyam və fəxr edirəm ki, həddən artıq güclü rəqiblə oyunda futbolçularım belə xarakter göstərdilər. Biz bəzi şeyləri əvvəlki vaxtlardan daha yüksək səviyyədə etdik. Əks pressinq möhtəşəm idi. Ancaq rəqib qol vurdu və biz sakitliyimizi qoruyub təzyiqi artırmalı idik. Biz hesabı bərabərləşdirə bildik. Əlbəttə, bu, bizim gözlədiyimiz hesab deyil. Ancaq komanda mən istəyən kimi oynadı, ona görə də məyusluğum yoxdur.

Heyətində dünya səviyyəli futbolçular olan və dünya səviyyəli məşqçinin çalışdırdığı komandaya qarşı oynamaq çox çətindir. Onların hazırlığa bir həftə vaxtları var, biz isə üç gündən bir oynayırıq.

Elə fikirləşməyin ki, paltardəyişmə otağını dağıtdıq. Hələ qarşıda başqa oyunlar da var. Biz sadəcə işimizə davam etməliyik”.

Bənzər xəbərlər