Elif Elmas “Atalanta”da - RƏSMİ
“Atalanta” “Leypsiq”in oyunçusu Elif Elması transfer etdiyini rəsmən açıqlayıb.
Msport.az xəbər verir ki, 26 yaşlı makedoniyalı futbolçu Berqamasko klubuna icarə əsasında keçib.
Futbolçu karyerasına vətənində “Rabotniçki”də başlayıb, oradan Türkiyənin “Fənərbağça” klubuna, 2019-cu ildə isə “Napoli” yə keçib. Elmas neapollularla bir sıra kuboklar, o cümlədən İtaliya çempionluğu qazanıb.
2024-cü ilin yanvar ayında Elmas “Leypsiq”ə transfer olunub. O, ötən mövsümü icarə əsasında “Napoli” klubunda keçirib (44 oyun, 1 qol, 4 məhsuldar ötürmə).
Elmas Şimali Makedoniya millisində debütünü 2017-ci ilin iyun ayında edib. O, 79 oyunda iştirak edib və 13 qol vurub. “Transfermarkt”-a görə, yarımmüdafiəçinin bazar dəyəri 13 milyon avrodur.







