featured-image-40658

FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

Msport.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin VI turunda, dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Bənzər xəbərlər