Elvin Camalov da "Neftçi"də qalası oldu
“Neftçi” komandanı tərk edəcəyi gözlənilən Elvin Camalovla yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” dayaq yarümmüdafiəçisi ilə 1+1 illik müqavilə bağlayıb.
31 yaşlı ötən mövsüm paytaxt klubunun heyətində cəmi 12 oyunda meydana çıxıb.
Camalovun az oynaması səbəbindən “Neftçi”ni tərk edəcəyi gözlənilirdi. ”
Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov onun xidmətlərində maraqlı olsa da, futbolçu “Neftçi”də qalmağa üstünlük verib.







