Elvin Cəfərquliyev “Qarabağ”dan ayrıla bilər
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevin “Qarabağ”dakı taleyinə hələ də tam aydınlıq gəlməyib.
Msport.az xəbər verir ki, bu barədə cinah müdafiəçisinin agenti Tural Əsgərov açıqlama verib.
O, hələ də oyunçunun Ağdam təmsilçisindən ayrıla biləcəyini söyləyib: “Elvin Cəfərquliyevin gələcəyi ilə bağlı konkret fikir söyləmək çətindir. O, yeni mövsümə “Qarabağ”da başlaya, mövsümün sonuna qədər komandada qala və ya mövsümün gedişində transfer oluna bilər. Hətta bu yay “transfer pəncərəsində” də klubdan ayrılması mümkündür. Hazırda bununla bağlı dəqiq nəsə demək doğru olmaz”.
Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdiyi oyunda yenidən komandanın heyətində meydana çıxıb.







