Emin Mahmudovun yubiley qolu
Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
Msport.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.
Milli komandanın kapitanı “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Qeyd edək ki, Emin Mahmudov “Neftçi”nin qitəmiqyaslı klub turnirlərində ən məhsuldar oyunçusudur.







